"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Newsport.az-a açıqlama verib. Hüseynov cari mövsümki Premyer Liqanın ötənilki ilə müqayisədə daha gərgin keçdiyini bildiri:
"Düşünürəm ki, ötənilki ilə müqayisədə cari mövsüm Premyer Liqada oyunlar daha gərgin keçir. Düzdü, təəssüf ki, bəzi komandalar maddi cəhətdən çətinliklə yaşayır. Amma istənilən klub hər oyunda sona kimi mübarizə aparır".
"İnter" bizim üçün ən çətin rəqiblərdən biridi. Kubokda bizi onlarla iki çətin oyun gözləyir. İndi bizim bütün fikrimiz çempionat oyunlarındadı. Kubok görüşü yaxınlaşanda bu oyunlar haqda düşüncəyik" - deyə, Hüseynov fikirlərini yekunlaşdırıb.