Nikolas Kanales: “Onlar üçün darıxıram”

Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan AZAL – "Neftçi” (1-1) oyunundan sonra "Neftçi”nin futbolçusu Nikolas Kanales jurnalistlərin suallarını cavablandırıb: 
 
- Oyununu və vurduğun qolu necə şərh edə bilərsən?
- Qol vurduğum üçün çox şadam. Çünki uzun müddət idi ki, fərqlənə bilmirdim. Bu durum mənim üçün çox sıxıcı idi. Oyunun nəticəsi bizim üçün gözlənilməz oldu. Matç ərzində şanslarımız çox oldu. Heç-heçəni yaxşı nəticə hesab etmirəm.
 
- Süni örtüklü meydança əksər hallarda qonaqların zərərinə işləyir. AZAL-la oyunda bunu hiss etdinizmi?
- Mənim üçün hər-hansı problem yox idi. Komandamız xeyli qol şansı əldə etdi. Meydan amili, bəlkə də, AZAL-ın çox az xeyrinə oldu. 
 
- Vurduğun qolla geri dönüş mesajı verdiyini demək olarmı?
- Niyə də olmasın? Oyun ərzində fərqlənə biləcəyim yeganə şans idi və bundan da maksimum istifadə etdim. 
 
- "Neftçi” həmişə iddialı komanda olub. Bakıya qayıdıb, komandanı aşağı pillədə gördün. Bu, sənin üçün təəccüblü olmadı?
- Əvvəlki komanda ilə, indiki komanda arasında fərq böyükdü. Ancaq buna alışmalıyıq. Bu problem təkcə "Neftçi”də deyil. Maliyyə problemləri ölkənin bütün sahələri ilə bağlıdı. 
 
- AZAL-la oyunda meydanda Vobayı və ya Flavinyonu axtardınmı?
- Onlar üçün çox darıxıram. İki il ardıcıl olaraq, bir komandada çiyin-çiyinə çıxış etmişik. 
 
- "Neftçi”nin mükafatçılar sırasına düşmək şansını necə dəyərləndirirsən?
- Bütün şanslarımı dəyərləndirməliyik. Çempionluq uğrunda mübarizə aparmağın çətin olduğu bəllidir. Hazırkı durumumuzun yaxşı olmadığını bilirik, bunum üçün kubokda finala yüksəlməli, sonda isə qalib gəlməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right