Qara Qarayevin durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının XXV turunda "Rəvan”la qarşılaşmada zədə alan "İnter”in futbolçusu Qara Qarayevin duruma aydınlıq gəlib. 

Newsport.az saytının məlumatına görə, gənc futbolçu bu gün MRT müayinəsindən keçib.  Aparılan tibbi müayinədən sonra futbolçunun ayağında qan yığılması aşkarlanıb. Həkimlərin rəyinə əsasən Qarayev təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq. 
 
Qeyd edək ki, "İnter” 
Azərbaycan  Premyer Liqasının XXVI turunda səfərdə "Xəzər Lənkəran”la qarşılaşacaq. Qaranın həmin qarşılaşmanı buraxacağı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right