"Hər iki qolu anama həsr etdim. Çünki bu gün onun ad günü idi. O, ad gününü mənimlə birgə keçirmək üçün uzun məsafə qət edib. Özümü çox xoşbəxt hiss edirəm ki, anamın ad günündə iki qol vurdum və bu qolları ona həsr etdim.”
Newsport.az-ın məlumatına görə, bu sözlər 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Nelson Bonillaya aiddir. Salvadorlu futbolçu Premyer Liqanın XXV turunda "Qəbələ” ilə qarşılaşmadan sonra "CBC Sport”a açıqlamasında bu sözləri deyib.
Bonilla həmçinin komandasının çempionluq şansları barədə də danışıb: "Bizim məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. Bundan sonrakı matçlarda əlimizdən gələni edəcəyik ki, mövsümü yüksək pillələrdə başa vuraq. "Qarabağ” və "Qəbələ” kimi komandalar çempionluq barədə düşünə bilərlər.”