"Məğlub olmağımıza rəğmən,..." - Samir Abasov

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib. - Məğlub olmağımıza rəğmən, futbolçulara minnətdarlığımı bildirdim. Ölkə kuboku qarşılaşmalarından fərqli olaraq, bu gün gün oyunçular daha çox hərəkət edirdi. Qarşıdan “Rəvan”la oytun gəlir və uşaqları motivasiya etməyi qərara aldım.

Abasov qış fasiləsində böyük ümidlərlə transfer etdikləri Vaqif Cavadov haqda maraqlı fikirlər bildirib. O, hələ də qol vura bilməyən hücumçusuna güvəndiyini bildirib: "Vaqif Cavadov haqda çox suallar verilir və bunlara cavab verməkdən bir yoroulmuşam. Əfsuslar olsun ki, onunla bağlı sual verənlər yorulmayıb. Mənə elə gəlir ki, tək Vaqidə yox, ümumi komandada problem var. Cavadova inamımız var. Məqsədimiz onu qorumaqdır. İnnaırıq ki, özünə tezliklə gələcək. Burda da olmasa, başqa komandada öz sözünü deyəcək. Vaqifi hesabdan silmək bir az tezdir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right