“Rəşad Sadıqovdan məşqçi imtahanları haqda soruşacam”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 25-ci turunda “Sumqayıt”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o qeyd edib ki, eyni komandaya qarşı ardıcıl üç oyun keçirmək çətin olub:

- İstər-istəməz yorulursan. Futbolçulardan razı qaldım. Başlanğıcda yaxşı oynadıq. Ancaq rəqib də pis təsir bağışlamadı. Baxmayaraq ki, ilk 20 dəqiqədə 2 qol vurduq, qalan 70 dəqiqədə “Sumqayıt”ın qapısına yol tapa bilmədik.

- Rəşad Sadıqov bugünkü oyunu kənardan izləyir, özü üçün qeydlər aparırdı. Bu yaxınlarda isə o, məşqçi kurslarına qatılıb.

- Rəşadın kiçik zədəsi var. Risk etmədik. O ki qaldı qeydlər aparmasına, bu barədə ondan yalnız məşqçi imtahanlarından sonra soruşacam.

- Mövsüm ərzində “Qarabağ”da eniş müşahidə olunmayıb. “Qarabağ”ın özü özüylə mübarizə aparması çətin deyil?

- Hər rəqiblə oyuna ciddi hazırlaşırıq. İstənilən komanda “Qarabağ”a məğlub etmək iqtidarındadı. Amma biz də enişə düşməkdən çəkinirik və çalışırıq ki, cari mövsüm bunu yaşamayaq.

- Riçard Almeyda əvəzlənərkən sanki şikayətlənirdi...

- O, hələ ilk yarıda topuğundan zərbə almışdı. Mən də bu cür məsələlərdə həssasam. İnanıram ki, zədə ciddi deyil. Amma Riçardı qorumağı qərara aldıq.

- Rəşadın mövqeyinə kimi hazırlamısınız?

- Tam o fikirdən uzağam, istəmirəm ki, Rəşad getsin. O oynamalıdır. Rəşad son iki ildə oyununu daha da artırıb. Qarşıdakı iki ildə Rəşaddan əl çəkməyəcəm.  

- Danilo Dias və Raydell Pupon xaricdə xarüqələr yaradırlar, amma burda alınmadı ..  

- Bəlkə də Azərbaycanda oynamaq çətindir. Onlar bizə adaptasiya olunmadı bəlkə də. Bu o deməkdir ki, biz yanılmamışıq. Amma onlar öz sözlərini deyirlər. Bəlkə də heyətdə rəqabətə dözə bilmirdilər. Çox rahatlaşdım ki, onlar xarüqələr yaradırlar.  

- Armenteros  mövsümün sonunda komandada qalacaq? Reynaldodan əvvəlki durumnuna qayıdacağını gözləyirsiniz?

- Armenterosda müqavilə 1+1 dir. Mövsümün sonunda qərar verəcəyik. Ola bilər ki, Armenteros da 1-2 oyun zəif oynasın, amma biz ondan narazı deyilik. Müqavilə məsələsinə isə hələlik vaxt var. Reynaldo komanda ilə məşqlərə başlayıb. Hər şey yaxşıya doğru gedir.   

- Rahidin olmaması komanda üçün nə dərəcədə çətinlik yaradacaq?

- Rahid həm milli, həm də bizim üçün vacibdir. Əfsuslar olsun ki, zədəlidir. İnşallah avrokuboklarda bizə kömək edəcək. Ona səbrli olmağı arzulayıram. Bu, hər bir futbolçunun başına gələ bilər.  

H.Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right