Azərbacan Premyer Liqasının XXV turunda AZAL doğma meydanında "Neftçi”dən 1 xal almağı bacarıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında fikirlərini bildirib:
"Komandada oyuna qədər müəyyən həyəcan var idi, 3 xal üçün oynayırdıq. Məcburi əvəzetmələr işimizi çətinə saldı. Fikrimcə, bərabərlik oyun üçün ədalətli nəticə idi. Sona qədər mübarizə apardıqlarına görə, futbolçularıma təşəkkür edirıəm. "Neftçi” öz adını qorumaq istəyir, amma futbolda zəif bücə anlayışı yoxdur, hər kəs rəqibinə hörmətlə yanaşmalıdır. AZAL heç kimdən zəif oynamır, həç kimdən də zəif deyilik.”
- UEFA-nın baş katibi bildirdi ki, "Zirə”nin Avrokuboklara getməsi qeyri mümkündür, "İnter”in də taleyi bəlli deyil. AZAL yüksək pillələr uğrunda mübarizə apararaq Avrokuboklar vəsiqə qazana bilər?
- Fikirləşmirəm ki, "Zirə” və "İnter” yıxılsın, mən Avrokuboklara gedim. Mövsümün əvvəlində ilk 5 turdan sonra 1 xalımız belə yox idi. Hətta deyirdilər, AZAL qışa qədər 6 xal toplamağı bacarmayacaq. Amma indi Avrokuboklara şansımız var. Bunun üçün çalışıram. Bu gün büdcələri 3-4 milyon olan komandalara qarşı layiqli oyun göstərə biliriksə, deməli nəsə etmişik. Bu, futbolçularımızın əməyidir.
- Vəli Qasımov futbolçu kimi təhlükəli rəqibdir, yoxsa baş məşqçi kimi?
- Vəli böyük futbolçudur. Vatiilə 19 yaşadəj futbolçulardan ibarət milli komandada bir yerdə işləmişik. Əgər bu gün bərabərlik qeydə alınıbsa, deməli ikimiz də təhlükəli məşqçilərik.