Vəli Qasımov: “... ona görə də susdum”

Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi” səfərdə AZAL-la 1-1 hesablı bərabərlik əldə edib.

Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov qarşılaşmanı şərh edib: 
 
"Mənim üçün vacib olan komandanın düzgün oyun göstərməsidir. Komandam yaxşı oynadı, müdafiəçilərimiz rəqibə qol imkanları yaratmağa imkan vermədi. Qol epizodlarımız olsa da, yararlana bilmədik. ”
 
- Bir epizodda cərimə zərbəsini Araz Abdullayevin yerinə yetirməsini istəsəniz də, standart  vəziyyəti Rəhman Hacıyev yerinə yetirdi...
- Düzdü, zərbənin Araz Abdullayev tərəfindən yerinə yetirilməsini istədim. Sonra gördüm ki, sol ayaqla vurmaq daha asandır, ona görə də susdum.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right