Adil Şükürov: “1-5 hesablı məğlubiyyətdən sonra...”

Azərbaycan Premyer Liqasının  XXV turunda "Zirə” səfərdə "Qəbələ” üzərində 2-1 hesablı qələbə qzazanıb.  

Newsport.az-ın məlumatına görəoyundan sonra açıqlama verən "Zirə”nin baş məşqçisi Adil Şükürov qarşılaşmanı şərh edib: 
 
"Qəbələ” kimi komandaya qalib gəldiyimiz üçün çox sevincliyik.  Bura kimi gəlib bizə dəstək olan azarkeşlərə təşəkkürümü  bildirirəm.  "1-5 hesablı məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi.  Eyni rəqiblə qısa müddət ərzində ardıcıl oynayanda səhvləri və boşluqları daha aydın görmək olur. Biz də bundan istifadə etdik. ”
 
Debütantın  baş məşqçisi komandasının çempionluq şansları və Avrokubok iddiaları barədə də danışıb:  "Biz komanda olaraq sona qədər mübarizə aparacağıq, amma əsas hədəfimiz komanda qurmaqdı. Avrokuboklara vəsiqə qazana bilsək, daha yaxşı olacaq. Bu günkü oyun üçün zədəli futbolçularımızın sayı çox idi, oyunçularımız qayıtdıqca komanda daha da yaxşı oyun sərgiləyəcək, onu da qeyd edək ki, böyükhesablı məğlubiyyət bizim üçün əsl motivasiya idi. Bunun üçün rəqibə çox təşəkkür edirəm.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right