Roman Qriqorçuk: “Onun yoxluğu ikinci hissədə özünü göstərdi”

Azərbaycan  Premyer Liqasının XXV turunda "Qəbələ” doğma meydanında "Zirə”yə 2-1 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra "CBC Sport”a açıqlama verən "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunu şərh edib: 
 
"Oyun zamanı komandamızın qol imkanı çox oldu. Təəssüf ki, imkanlardan yararlana bilmədik. Rəqib isə qurduğu hücumları məntiqi sonluqla başa çatdırmağı bacardı və lazım olan qələbəni qazandı. Amma razılaşmaq lazımdır ki, "Qəbələ” "Zirə”dən zəif futbol oynamadı. ”
 
Qriqorçuk həmçinin ikinci hissədə zədələnən Aleksey Qayın zədəsi barədə də danışıb: "Qay komandamızın əsas oyunçularından biridir. Təbii ki, onun yoxluğu ikinci hissədə özünü göstərdi. Amma, biz komanda futbolu oynayırıq və hansısa futbolçunun yoxluğunu hiss etdirməməliyik.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right