AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətdə itkimiz yoxdur. Aleksandr Qurulinin müəyyən problemləri var idi. Amma onda da hazırda hər şey qaydasındadır. Meydana yalnız qələbə üçün çıxacağıq. Rəqibi evdə qəbul edəcəyik və nə qədər çətin olsa da, xal ehtiyatımızı yaxşılaşdırmağa çalışacağıq. Hazırda hələlik, 32 xalımız var. Çətin günlər keçirdiyimiz dövrlərdəki xal itkilərini kompensasiya etmək arzusundayıq".