"Qarabağ", "İnter","Kəpəz" və "Zirə" qalib gəldi,Neftçi bərabərə qaldı YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.

Çempionatın lideri "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Bu komandalar arasında baş tutan əvvəlki 14 oyundan 8-də Ağdam, 4-də Sumqayıt klubu qalib gəlib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" də səfərdə əsas izləyicisi "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dördüncü pillədə qərarlaşan "İnter"i də kubokda yolundan kənarlaşdığı "Rəvan"la görüş gözləyir. 

Avrokuboklara vəsiqə qazanmağa çalışan "Kəpəz" bu tur "Xəzər Lənkəran"la qarşılaşacaq. Bölgə klubları tarixində 15-ci dəfə üz-üzə gələcək. 

Turun daha bir dueli iki paytaxt klubu - AZAL və "Neftçi" arasında keçiriləcək. Əvvəlki 28 oyundan 13-də "ağ-qaralar", 7-də isə "təyyarəçilər" qələbə qazanıblar. 

Azərbaycan Premyer Liqası
25-ci tur
13 mart (bazar)

17:30. “Sumqayıt” – “Qarabağ” - 0:2 
Qol: 
Dani, 13, Migel Madera, 17
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov
Sumqayıt şəhər stadionu.


15:00. “Qəbələ” – “Zirə” - 1:2 
Qol: 
Aleksey Qay, 16 (1:0), Nelson Bonilla, 39 (1:1), 85 (1:2)
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov 
Qəbələ şəhər stadionu.

15:00. “Kəpəz” – “Xəzər Lənkəran” - 2:0 
Qol: 
Tural Nərimanov, 47(1:0), Tural Rzayev, 89 (2:0)
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev
Gəncə şəhər stadionu.

15:00. AZAL – “Neftçi” - 1:1 
Qol: 
Kamal Mirzəyev, 40 (1:0), Nikolas Kanales, 50 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov AZAL Arena.

15:00. “İnter” – “Rəvan” - 3:1 
Qollar: 
Ruslan Tağızadə, 6 (0:1), Zurab Xizanaşvili, 8 (1:1), Mirhasib Abbasov, 18 (2:1), Ruslan Əmircanov, 21 (3:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov 
“İnter Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right