Rahid Əmirquliyev nə vaxt Bakıya qayıdır? FOTOLAR

"Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, qış transfer pəncərəsi zamanı ağdamlıların sıralarına qoşulan milli futbolçu təlim-məşq toplanışı zamanı zədələnmiş, təxminən1 ay yaşıl meydanlardan uzaq qalmışdı.
 
Zədəsini sağaldaraq, martın 2-sində "Sumqayıt”la keçirilən kubok qarşılaşmasında ilk dəfə "Qarabağ”da start heyətində meydana çıxsa da, elə ilk hissədəcə yenidən zədələnmişdi.
 
Bakıda Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu aydınlaşıb. Belədə 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilib.
 
Artıq oyunçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmini keçirtməkdədir.
 
Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.

 

Rahid Əmirquliyev nə vaxt Bakıya qayıdır? – FOTOLAR

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right