“Qəbələ” “Zirə” üçün tam heyətlə hazırlaşır

Premyer Liqasının XXV turunda "Zirə” ilə qarşılaşacaq "Qəbələ” oyunun hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən "qırmızı-qaralar” bu gün növbəti hazırlığını keçib.
"Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandanın qələbəsində pay sahibi olanlar isə dünən bərpaedici məşqlə kifayətlənib, bu gün isə fiziki hazırlıq keçib.
"Qəbələ”nin oyunöncəsi son məşqi sabah baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. 
Komandanın məşqi tam heyətlə keçəcək.
Qeyd edək ki, "Qəbələ” – "Zirə” qarşılaşması martın 13-ü saat 15:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right