Neftçi yeni məşqçisi ilə müqavilə bağladı

“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək bu komandanın fiziki hazırlıq üzrə məşqçisi olacaq.

Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right