"Qarabağ”ın legioner futbolçusu Ansi Aqolli Albaniya prezidenti Buyar Nişani ilə görüşüb.
Newsport.az-ın məlumatına görə, alban futbolçunun öz ölkəsinin prezidenti ilə görüşü Bakıda baş tutub.
Buyar Nişani IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.
Ansi Aqolli prezidentin qaldığı otelə gedərək onunla görüşüb, eyni zamanda özünün “Qarabağ”da geyindiyi formanı Nişaniyə təqdim edib.