Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, komandamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə növbəti dəfə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında martın 10-u baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatıb.
12 mart
Yoldaşlıq oyunu
18:30. Azərbaycan - Belarus - 1:0
Qol: Aysun Əliyeva, 87-pen (1:0)