Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Newsport.az saytına müsahibəsi:
- Ötən gün yayılan xəbərlərə görə, Rəhim Həsənov "Xəzər Lənkəran”ın futbolçusu təhqir edib. Bu barədə Həsənovla söhbət etmisinizmi? Ümimiyyətlə belə bir şey baş veribmi?
- Hakimlərə hər iclasda deirik ki, siz meydanda pedoqoqsuz. Siz onlara sən yox siz deyə müraciət etməlisiz. Mən qəti şəkildə inanmıram ki, Rəhim elə bir söz deyə. Ümumiyyətlə, komanda məğlub olanda nəsə bir söz ortaya atır. Axı hakim futbolçunu niyə söyməlidi?Biz belə şeylərə öyrəşmişik. Komanda məğlub olan kimi, hər-hansı bir bnəhanə axtarır. Mən inanmıram və Rəhim Həsənovla o barədə söhbətim olmayıb.
- Siz deyirsiniz ki, "Neftçi” – "Xəzər Lənkəran” oyununda vurulan qolda oyundankənar vəziyyət var. Amma bu oyunun nəticəsinə təsir etmir. Vurulan qol oyunun nəticəsinə təsir etmirmi?
- Əvvala, mən deməmişəm ki, ikinci qol oyundankənar vəziyyətdən vurulub. İkinci qoldan öncə oyundankənar vəziyyət olub. Və bu, nəticəyə təsir edən səhv sayılmır. Nəticəyə təsir edən səhv o vaxt olur ki, buirbaşa oyundankənar vəziyyətdə olan futbolçu özü topu qapıya vursun. O ötürməni edib və ötürmədən sonra Araz Abdullayev bir neçə driblinq edib. İkinci qol oyundan kənar vəziyyətd.n vurulmayıb. Hakimin səhvi ciddi səhv sayılır.
- Rəhim Həsənov cəzalandırılacaqmı?
- Xeyr.
- Tuyqun Nadirov qeyd etdi ki, hakimlərə ümumilikdə 1 milyon 800 000 manat pul ayrılıb. Onun hesabatın versin ki, görək bu pullar hara xərclənib...
- O, getsin savadını artırsın. Orda hakimlərə yox, hakim və hakim inspektorların qonararıdır. Bu, başqa pul deyil. Təlim-məşq toplanışımıza cəmi 40 000 pul ayrılır. O, məbləğ hakim və hakim-inspektorların mövsüm ərzində idarə etdikləri oyunun qanorarıdır. Tuyqun qarışdırmasın. Biraz savadını artırsın.
- Azərbaycan Çempionatlarında vacib qarşılaşmalar olur. Belə durumlarda əcnəbi hakimlərin dəvət olunmasına razısınızmı?
- Xeyr, qətiyyən razı deyiləm. Elə bir ölkə göstərə bilərsinizmi orada hakim səhvləri olmasın.
- Qazaxıstan kubokunun finalını Cüneyt Çakır idarə etdi. Daha sonra o, Səduiyyə Ərəbistanında bir oyunu idarə etdi. Əgər onlar belə bir addım atırsa, biz niyə atmayaq?
- Qazaxıstanın hakimləri zəifdi ona biz nə edək?
- Tuyqun Nadirov dedi ki, Premyer Liqada çıxış edən 10 klubdan 9-u əcnəbi hakimin gətirilməsinə razıdır. Onlar bu mövqedən çıxış etsə necə?
- Onların bu tələblə çıxış etməyə ixtiyarı yoxdu. Təklif verə bilərlər vəona AFFA baxa bilər. Bizim hakimlərimiz UEFA-nın bayrağı altında olan oyunları çox yaxşı idarə edirlər. Bizim hakimlər heç kimdən geri qalmır və çox hakimlərdən irəlidədirlər.
- Niyə hakimləri tez-tez cəzalandırırsınız?
- Səhvləri olduğuna görə.Səhvlər var, olub və olacaq da . Bütün ölkələrdə hakim səhvləri olur. Bədbəxtliyimiz ondadır ki, klublarımızda maarifləndirməı "0” vəziyyətindədir. Bərbaddır. Mən həmişə klublarımıza seminnar keçirməyi təklif edirəm. Bu barədə yalnız AZAL müsbət rəy verdi və bu dəqiqə ən az sarı vərəqə alan komandada AZAL komandasıdır.
- Futbolçu hakimi söyəndə hakim qırmızı vərəqə verir. Bəs, hakim futbolçunu söyəndə ona kim qırmızı vərəqə verir?
- Söyə bilməz axı. Əgər söysə cəzalanacaq.
- Bəs Rəhim Həsənovun "Xəzər Lənkəran”ın futbolçusunu söyməsi...
- Mən bu məsələyə inanmıram.
- Siz inanmırsız. Futbolçu isə təsdiq edir...
- Futbolçu çox şey deyə bilər. Futbolçunun komandası məğlub olub, nə etməlidi?
- Hər-halda Rəhim Həsənovun dediyi də quran ayəsi deyil...
- "Qarabağ” – "Sumqayıt” oyunundan sonra "Sumqayıt”ın prezidenti dedi ki, mən baş məşqçimə inanıram və heç vaxt söyüş söyməz. Mən də dedim ki, mən hakimə inanıram. Səhəri gün isə Samir Abasov açıqlama verdi ki, hakimi söymüşəm. İ ndi kim düz çıxdı? O demək deyil ki, bunlar həmişə yalan danışır. Orxan Məmmədovun atsını söyür.Məmmədov nə etsin? Sonra mənə yalvarırlar ki, protokola qeyd etmə.
- Rəhim Həsənovla bu barədə danışmısınız?
- Mən bu məsləyə inanmıram. Onunla bu barədə danışaram.
-" Neftçi”nin vurduğu birinci qola qayıtmaq istəyirəm. Orda həqiqətən qayda pozuntusu var idimi?Orda görünür ki, Nodar Məmmədovun ayağı Ruslan Qurbanovun ayağına toxunmur...
- Bəs nə edir? Futbolçu sürüşmə fənnini düzgün yerinə yetirməmişdi.
- Belə xəbərlər yayılıb ki, ilin sonunda Orxan Məmmədov FİFA hakimliyindən geri çağırılacaq. Bu məsələ doğrudurmu?
- Bayaq bu barədə sual vermişdilər. Mövsümün sonunda müəyyən olunacaq. Boş söhbətlərdi.
- Deyilənə görə, Orxan Məmmədovun yerinə Ömər Paşayevin adını göndərmək istəyirsiniz...
- Kim istəyir? Mən istəmirəm. Onların göstərdiyi oyun bunu tələb edir. Mənim istəyimlə deyil. Mövsümün sonunda hesabat aparılacaq. Hakimlərin statistikasına baxılacaq və bundan sonra qərar veriləcək. İndi, bu barədə danışmağa dəyməz.
- Bu qədər tənqid olunursuz. Hərdən düşünmürsünüz ki, postumdan gedim. Bu qədər tənqidə necə dözürsüz?
- Tənqid edən insanların özləri o tənqidə layiqdirlər.
- Əliyar Ağayevin "Barselona” – "Anderlext” oyununda aldığı xal bəlli olubmu?
- Yox, yəqin ki, bu gün bəlli olacaq. Mən Aliyarın idarə etdiyi oyuna baxdım və çoxxoşuma gəldi Özünə dedim ki, meydanda sanki uçursan.
- FİFA referilərimiz Avropada daha yaxşı oyun idarə edirlər nəinki çempionatda...
- Avropada məsuliyyət daha çoxdur.
- Hakimlər bu ilki toplanışını ölkə xaricində etmədi. Bunun təsirini hiss edirsinizmi?
- Əlbəttə, fərq var. Biri var Avropanın öndə gedən klublarının oyununu idaər edirsən. O oyunlarda hakimlərin səhvi üzə çıxır və ö səhvlər üzərində işləyirik.
- Birdə var "CBC Kubok”u...
- Təəbii. Turniri aşağılamaq istəmirəm. Amma, orda iştirak edən komandalrın səviyyəsi hər halda Avropa komandaları ilə ölçüləcək qədər deyil.
- Məlum video var idi. Siz o videoda "heç-heçəyə 15 dənə verirlər” dedikdə nəyi nəzərdə tuturdunuz?
- Həmin oyunda yan xətt hakimi qışqırdı. O, zaman baş hakim Asim Xudiyev məndən soruşdu ki, yan xətt hakimi nə deyir?Məndə Ramizin dediyini dedim. Oyundan sonra Ramizdən soruşuram ki, "15 dənə verirlər nə deməkdi?”. Nə desə yaxşıdı? Zarafat edirdim. Onun zarafatına mən işə düşdüm.
- Bildiyimiz kimi, Ramiz müəllim dayanacaqda işləyir. O, bu məsələ isə bağlı AFFA-dan qadağa aldığını deyib...
- Bilmirəm. O, inpektordu. Hakim deyil ki, qadağa alsın.
- Əgər ciddi məsələ deyilsə niyə qadağa qoyulub?
- Bizə aidiyyatı yoxdur. O, İnspektorlar Komitəsindən qadağa ala bilər.