Bir neçə gün öncə "Neftçi”ilə ilə yollarını ayıran Əsgər Abdullayevin "Turan Tovuz”u çalışdıracağı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, məlumatı Tovuz klubunun Müşahidə Şurasının sədri Oktay Abdullayev də təsdiqləyib. Əməkdaışımızla söhbətində Abdullayev bunları deyib: "Nizami Sadıqov yaxşı çalışdırıcıdır. Ancaq komandanın son zamanlardakı oyunu bizi qane etmirdi. Yeni baş məşqçimiz Əsgər Abdullayev olacaq. Əsgər müəllim bu gün Tovuza yollanacaq. Sabah isə təyinatı rəsmiləşəcək.”
Qeyd edək ki, Əsgər Abdullayev daha əvvəl də Tovuz klubunu çalışdırıb.