Robert Prosineçki: Mən də Rövnəq Abdullayevin seçilməsinin tərəfdarı idim

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Rövnəq Abdullayevin yenidən AFFA prezidenti seçilməsinə münasibət bildirib.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Konfrans yaxşı keçdi. Hər şey yaxşı təşkil olunmuşdu. Şadam ki, Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi. Mən də onun seçilməsinin tərəfdarı idim. Çünki Azərbaycan yığmasında çalışmağa məhz onun dövründə başamışam. Hər şey əvvəlki kimi olacaq. Bir sözlə, başladığımız işi davam etdirəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right