Azərbaycan yığması mayın sonunda start götürəcək təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirmək üçün rəqib axtarışını davam etdirir.
Newsport.az-ın məlumatına görə, millimizin rəqiblərindən biri Kanada yığması ola bilər.
Hazırda AFFA ilə Kanada Futbol Federasiyası arasında danışıqlar davam edir.
Qeyd edək ki, yığmamızın sözügedən toplanışı böyük ehtimalla Avstriyada baş tutacaq.