UEFA-nın baş katibi: "Zirə"nin Avrokuboklarda oynaması real deyil"

UEFA-nın baş katibi  Teodor Teodoritis AFFA-nın seçkilərindən sonra mətbuat konfransı keçirib
 
- UEFA-da seçkilər nə vaxt olacaq? 
- Biz bunu açıqlaya bilmərik. Bunun üçün CAS-ın Mişel Platini barəd qərarı açıqlanmalıdı. Bundan sonra seçkilər barədə danışmaq olar.
 
- Klublarımıza verilən cəzalar barədə nə deyə bilərsiz? 
- Bu, birbaşa FİFA-yla bağlı məsələdi. O ki qaldı nazirin İcraiyyə Komitəsinin üzvü seçilməsinə, məncə bu ya xşı haldı. Bizim qapımız futbolu sevən hər bir kəsin üzünə açqıdı. 
 
- Maliyyə "feyr-pley"i bir neçə il tətbiq edildi. Budnan sonra iş adamları futboldan qaçmağa başladı. Bir çoxları bunun götürülməsinin tərəfdarıdı... 
- Bunun əsas məqsədi futbola olan maliyyəni tənzimləməkdi. Məsələn bir neçə il öncə bir biznesmen bir kluba külli miqdarda pul ayırmış, sonra klubdan getdikdə isə klub müflis olmuşdu. O ki qaldı bunun tətbiqinə, bunun üçün ilk öncə klublarla danışıq aparırırq. Klublar razı olmadıqda bu həyata keçirilmir. 
 
- UEFA-nın qaydasına görə bir klubun avrokuboklarda iştirak etməsi üçün ən az 3 il fəaliyyət göstərməlidi. Bu il, Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" avrokuboklara vəsiqə qazanmağa yaxın olsa da, bu kriteriyalara uyğun deyil.  Bu komanda üçün istisna hal ola bilər?
 - Əlbəttə ola bilər, ancaq bunun üçün gərək bu klub əvvəllər mövsud olmuş olsun. Yox əgər 3 ildi yaranıbsa, bu mümkün deyiı. Ancaq yalnız adı dəyişdirilibsə, əvvəllər mövsud olubsa, icazə verilə bilər. 
 
– AFFA-da həmişə hesabat-seçki konfransı martda olur. Digər ölkələrdə də belədi? 
- UEFA-da bu cür konfranslar fevral-mart aylarında təşkil edilir. Çünki bundan öncə UEFA prezidenti tərəfindən bəzi məsələlər təsdiq edilməlidi. O ki qaldı federasiyalara, müxtəlif vaxtlarda keçirilir. Tez keçirən də var gec keçirən də. Bizdə bu il bir qədər fərqli oldu. FİFA konqresindən əvvəl - fevralda keçidrik. Ancaq dediyim kimi, bunun konkret vaxtı yoxdu.
 
 
  • 0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right