AFFA ötən il 3 876 344 milyon manat gəlir əldə edib

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.

Newsport.az-ın məlumatına görə, tədbirdə AFFA-nın ötən bir il ərzindəki maliyyə hesabatı da dinlənilib.

Belə ki, AFFA sponsor və teleyayımdan 22 126 244 milyon manat gəlir əldə edib. Bu məbləğin əsas hissəsi baş sponsor SOCAR-dan (12,9 milyon) daxil olub. 2,331 milyon manat Azərbaycan yığmasının oyunlarının teleyayımından, 2,327 milyon isə AFFA-dan daxil olub.

İl ərzində xərclər bütövlükdə 18 249 900 milyon manat təşkil edib. Xərclərin daha çox hissəsi (7,326 milyon) Azərbaycan yığma komandalarına gedib. 2,916 milyon manat AFFA rəsmilərinin səfərlərinə, 1,861 milyon manat hakim və hakim-inspektorlara xərclənib.

Beləliklə, AFFA ötən ili 3 876 344 milyon manatlıq xeyirlə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right