Azad Rəhimov: “Ən böyük yük AFFA-nın üzərinə düşür”

Bu gün AFFA-nın Hesabat-Seçki konfransı keçirilir. Konfransa Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov da qatılıb. Rəhimov konfransda bunları deyib:
 
"Ən sevilən idman növlərindən biri də futboldu. Müstəqllik dövründə digər idman növlərinə olan kimi futbola geniş qayğı göstərilib. 2005-ci ildə prezident qəbul edilmiş dövlət proqramıyla futbol daha da inkişaf etdirilmişdir. "Neftçi", "Qarabağ", "Qəbələ" kimi klublar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu dövrdə ölkəmizdə idman infransturkturu geniş inkişaf etdirilmişdir. Regionlarda olan stadionlar təmir edilmişdir. Ölkəmizdə qızlar arasında dünya çempionatı keçirilmiş, gələn illərdə də bu cür yarışlar təşkil ediləcəkdir. Şübhəsiz ki, bu işlərdə ən böyük yük AFFA-nın üzərinə düşür. Bu işlərdə Azərbaycan Gənclər və İdman Nazirliyi də AFFA-ya hər cür köməyini əsirgəməyib və bundan sonra da əsirgəməyəcək.

 
  • 0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right