Bu gün Bakı "Hilton” otelində AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir. İclas AFFA prezidenti Rövnəq Abdullayevin nitqi ilə başlayıb:
"Ötən illərdə Azərbaycan futbolunda böyük işlər görmüşük.Keçənilin əlamətdar hadisələrindən biri Bakı Olimpiya Oyunlarının keçirilməsi oldu. Ölkə başçısı cənab İlham Əliyevin Olimpiya Stadionunu AFFA-nın balansına keçirməsi önəmli hadisə idi. Ötən il iki klubumuz Avrokuboklarda uğurlu çıxış etdi. Hazırda klublarımızda maliyyə problemləri var. Sponsor axtarışlarına davam edirik. Xüsusi qeyd etmək istəyirəm ki, yayda Azərbaycan 17 yaşlılardan ibarət futbolçuların Avropa Çempionatı baş tutacaq. Bu, bizim üçün böyük oyunlara hazırlıqdır. İnanıram ki, bu işin öhdəsindən lazımınca gəlməyi bacaracağıq. Bu yarışların keçirilməsində cənab prezidentimizin sərəncamları oldu. Düşünürəm ki, bu sərəncamların bizə çox xeyri dəyəcək.”