Ceyhun Sultanov: "Qarabağa uduzmaq normaldır"

Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab matçından (1:4, ilk oyun 0:2) sonra fikirlərini bölüşüb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Biz "Qarabağ"a qarşı zəif oynadıq. Belə oyunla təbii ki, 4 qol buraxacaqsan. "Qarabağ"a belə zəif oyunla 2 qol vurmaq olmaz. Amma komandaya heç bir cəza tətbiq olunmayacaq. "Qarabağ"a uduzmaq normaldır. Təcrübə və ustalıq sözünü dedi. Əgər mübarizə aparmasaq, heç kimə qalib gələ bilmərik. Hər oyunda xarakter nümayiş etdirmək lazımdır. Hədəfimiz mümkün qədər çox xal toplayıb, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaqdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right