Əsgər Abdullayev keçmiş komandasını çalışdıracaq!

Bir neçə gün öncə "Neftçi”dən ayrılan Əsgər Abdullayevin yeni iş yerinin adına aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, "Neftçi”dən öz istəyi ilə ayrılan təcrübəli mütəxəssis I Divizionda çalışacaq. 
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Abdullayev Nizami Sadıqovun göndərilməsindən sonra baş məşqçisiz qalan "Turan Tovuz”u çalışdıracaq. Mənbəmizin məlumatına görə, Tovuz təmsilçisi növbəti oyununa məhz Abdullayevin rəhbərliyi altında çıxacaq. 
 
Onu da əlavə edək ki, Abdullayev daha öncə də Tovuz klubunun uğurları üçün çalışıb.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right