"Biz peşəkar komandayıq" - Rəşad Sadiqov

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab matçından (5:1, ilk oyun – 2:1) sonra Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Çətin oyun olacağını bilirdik. Çünki rəqib bu mövsüm yaxşı futbol sərgilədiyini isbatlamış komandadır. Amma biz erkən qol vura bildik və yəqin ki, bu, onların ənənəvi oyununa təsirini göstərdi. Buna görə də belə asan qələbə qazandıq. Bəlkə də erkən qol vurmasaydıq, mərhələ keçməyimiz çətin başa gələcəkdi. Amma layiqli olaraq yarımfinala çıxdıq".

Sadiqov "Zirə" ilə çempionat matçıla bağlı bunları deyib: "Arxayınlaşdırmamalıdır. Biz peşəkar komandayıq. "Qəbələ" "Zirə" ilə çempionat matçına da lazımi qaydada hazırlaşmalıdır.Çempionat matçında bizi tam fərqli "Zirə" gözləyəcək. Amma rəqibin necə olmasından asılı olmayaraq, biz öz oyunumuzu göstərib, qələbə qazanmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right