"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab matçını (5:1, ilk oyun 2:1) şərh edib.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, qələbəni çox asanlıqla əldə etmədik. Sadəcə, matçın əvvəlində ardıcıl üç qol vurmağa nail olduq. Hesab 3:1 olarkən rəqibin də növbəti qollar vurmaq üçün şansları var idi. Belə olsaydı, vəziyyət tam dəyişəcəkdi. Roman Qriqorçuk fasilədə bizə dedi ki, arxayınlaşmaq olmaz. Bütövlükdə, layiqli qələbə qazandıq. Qarşıda bizi "Zirə" ilə çempionat oyunu da gözləyir.Fikrimcə çempionat oyununda tam fərqli "Zirə" görəcəyik . "Zirə" həmin matçda kubokdakı kimi oynamayacaq. Həm də onlar kubok görüşündə bəzi aparıcı futbolçularını meydana buraxmamışdılar. Ona görə də arxayınlaşmaq olmaz".