Zurab Xizanişvili: “Əgər Kaxaber Tsxadadaze “Neftçi”yə gəlirsə...”

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Rəvan” üzərində 3:0 hesablı qələbə qazanıb yarımfinala adlayan "İnter”in müdafiəçisi Zurab Xizanişvili nin müsahibəsi 


 - "Rəvan” üzərində qazandığınız 3:0 hesablı qələbə haqqında nə deyə bilərsiz? 

– Heç də asan matç olmadı. Səfərdə 1:2 hesabı ilə uduzmuşduq və bu gün mütləq qələbə qazanmalıydıq. Bunu bacardıq. Çətin matç olmasına baxmyaraq 3:0 hesablı qələbə yaxşı nəticədir.
- Evdəki oyun göstərdi ki, ötən həftə "Rəvan”a 1:2 hesablı məğlubiyyət təsadüfüdür... 
- Futbolda belə hallar normaldır. Səfərdə uduzmuşduq. İlk qolu buraxdıqdan sonra bir az konsentrasiyanı itirdik. Onun nəticəsində də meydandan məğlub ayrıldıq. Futbolda hər zaman digər komandalara hörmət etmək lazımdır.
- "Rəvan”a uduzduğunuz oyundan sonra "İnter”in pul qoyuluşu kontorları üçün qarşılaşmada məğlub olduğu deyilirdi...

- Mən sizi başa düşürəm. Amma buna şərh verə bilmərəm. Əgər kimsə mənə bunu gətirib sübut etsə, o zaman cavab verərəm. Bilirsiz, nə mənim, nə də indiyə qədər oynadığım komandaların adı belə şeylərdə hallanmayıb. Bu peşəkarlıq deyil. Kim belə söz-söhbət çıxarırsa, bizə hörmət etmir. 
 - Kubokun yarımfinalında "Qarabağ”la qarşılaşacaqsız. Kubokda nəyə ümid edirsiz?
- Kubok bizim üçün vacib turnirdir. Burda qalib olmaq yaxşı nəticə sayılacaq. Amma "Qarabağ” çox güclü komandadır. Heyətlərində əla keyfiyyətlərə malik futbolçular var. Bizim üçün çətin rəqibdir. 

- Siz Türkiyədə, İngiltərədə oynamısız və indi də Azərbaycan çıxış edirsiz. Bu çempionatları necə müqayisə edirsiz?
- Azərbaycan çempionatı Türkiyə Super Liqasına oxşayır. Azarkeşlər, atmosfer nisbətən ora daha yaxındır. İngiltərə çempionatı ilə müqayisə etmək isə olmaz. Oralar çox yuxarıdadırlar.
 - Bu atmosferdə oynamaq sizə çətin deyil? Çünki azarkeş yoxdur...
- Əlbəttə ki, çətindir. Azarkeşlər olmayan matçlarda çıxış etmək yorucudur. Məsələn, elə matç ola bilər ki, çox asan keçəcəyini düşünəsən. Amma azarkeş o səviyyəyə gətirir ki, matç həddən artıq çətin olur. Azarkeş komandanın 12-ci oyunçusudur.
- Həmyerliniz Kaxaber Tsxadadzenin "Neftçi”nin baş məşqçisi olacağı haqqında söz-söhbətlər var... 
- O, güclü məşqçidir. Əgər "Neftçi”yə gəlirsə, xoş gəlir. Fikrimcə, uğur qazana bilər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right