"Meydana çıxmıramsa, deməli, nəyisə düz eləmirəm" - Samir Zərgərov

Yayda "Qəbələ"dən ayrılacağı gözlənilən Samir Zərgərov dünən meydana çıxmadı. Roman Qriqorçuk "Simurq"dan gəlmiş yarımmüdafiəçinin adını "Zirə" ilə oyunun iştirak ərizəsinə salmadı. 

Newsport.az-a açıqlama verən millinin keçmiş üzvü hazırkı durumunu belə dəyərləndirdi: 

"Komandamızı yaxşı oynadiı və layiqli qələbə qazandı. Mən isə 2-3 oyundu meydana çıxmıram. Yəqin ki, bas məşqçinin seçimi belədi. Mənə şans verdiyi vaxt özümü doğrultmaga çalışıram. Meydana çıxmıramsa, deməli, nəyisə düz eləmirəm.

Klubdan gedəcəyimlə bağlı rəhbərliklə söhbətim olmayıb. Əgər bas məşqçi mənə güvənmirsə, daha çox işləməliyəm. Qriqorçuk yayda məni yola salmaq istəyirsə, nə deyim… Futbol həyatıdı, hər şey ola bilər".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right