AZAL "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqanın XXV turu çərçivəsində Neftçi” ilə qarşılaşacaq AZAL hazırlığına start verib.
 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, martın 13-də baş tutacaq qarşılaşmada ötən tur cəza üzündən Lənkarana getməyən Murad Səttarlı və Qvanzav Maqomedov da həyətə qayıdıb. 

Gündə bir dəfə məşq edən Tərlan Əhmədovun yetirmələri martın 11-dən etibarən təlim-məşq toplanışına cəlb olunacaq. Heyətdə olan zədəlilər – Aleksandr Quruli və İlqar Ələkbərov hələ ki həkim nəzarətində məşqə çıxırlar. Qasığında ağrı hiss edən və “Xəzər-Lənkəran”la oyunu yarımçıq tərk edən gürcü legionerin flaqmana qarşı mübarizə apara bilməyəcəyi artıq dəqiqdir. Həkimlər dizində ağrı hiss edən İlqarın isə matça qədər sağalacağına ümid bəsləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right