Vüqar Nadirov: "Qarabağ”la heç bir problemim olmayıb" MÜSAHİBƏ

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “İnter” doğma meydanında “Rəvan”ı 3:0 hesabı ilə məğlub edib. Bu görüşdə "İnter"in forvardı Vüqar Nadirov komandasında ilk qolunu vurub. Vüqar  qarşılaşmadan sonra Newsport.az-a müsahibə verib:

- “İnter”in heyətində ilk qolunu vurdun...

-Uzun müddətdir ki oynamırdım. Çalışıram ki, oyundan-oyuna əvvəlki formamı bərpa edim. 

- Bugünkü oyunla ilk oyundakı nəticənin təsadüf olduğunu göstərdiz...

-Təsadüf deməzdim. Ola bilər ki, uşaqlarda yorğunluq var idi. “Rəvan”a yuxarıdan-aşağı baxmırdıq. Bizə bu oyunda vacib qələbə lazım idi, 

- Kubokun yarımfinalında sabiq komandanız “Qarabağ”la qarşılaşacaqsınız. Oyun sənin üçün nə qədər əhəmiyyətlidir?

-“Qarabağ”a qarşı oynamaq mənim üçün hər şey deməkdir. Bir ağdamlı kimi “Qarabağ”a qarşı oynamaq mənim üçün çətin olacaq.

- Hər dəfə “Qarabağ” adı eşidəndə sanki acıqlı danışırsan...

-Xeyr, mənim “Qarabağ”la heç bir problemim olmayıb. Qurban Qurbanovla bu günün özündə də münasibətim var. Sadəcə, bir ağdamlı kimi, “Qarabağ”a qarşı oynamaq çətin olacaq. 

- Meydanda görünən odur ki, hələ də “İnter”ə uyğunlaşmamısan...

-Yavaş-yavaş olacaq. Birdən-birə Amerika yarana bilməz. İnşallah 4-5 oyundan sonra hər şey qaydasına düşəcək. Sxemə uyğun hərəkət etməyə çalışıram.

- “İnter” üçün kubok, yoxsa çempionat daha önəmlidir?

-“İnter” iki cəbhədə də mübarizə aparır. “İnter” uzun müddətdir kuboku qazana bilmir. Medallar üçün mübarizə aparacağıq. Hədəfimiz kubokadı. Çempionat da bizim üçün önəmlidi. 

-“İnter” və “Zirə”nin avrokuboklara buraxılmaq şansı azdı. Bunu bilə-bilə oyunlara necə notivasiya olursuz?

-Bu barədə düşünmürük. Meydana çıxdıqda yalnız oyunumuz barədə fikirləşirik. Mənim fikrimcə bu problem həll olunacaq və “İnter” növbəti ildə də Aərbaycanı Avrokuboklarda təmsil edəcək. 

 

- “İnter”ə gəlməklə milli komandaya yolunun kəsildiyini düşünmürsən?
-“Qəbələ”yə getməmişdən əvvəl “İnter” mənimlə maraqlanırdı. Amma mən “Qəbələ”yə keçməyi üstün tutdum. Buna, səhv addım deməzdim. Sadəcə, qismət bu idi. Buna da  şükür.


- Keçən ildən bu yana, hələ sənin "Qarabağ"da olduğun müddətdə səninlə yanaşı Qara Qarayevin komandadan ayrılacağı bildirilirdi. Sən komandadan ayrıldın, son vaxtlar isə Qaranın komandadan ayrılması gözlənilir...
- Futboldu da olur, futbolçu istənilən komandada oynaya bilər. "Qarabağ"dan başqa səbəblərə görə deyil, müqaviləm başa çatdı, razılaşmadıq ayrıldım.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right