"Bax, "Neftçi" bizi ancaq bu cür, sürünə-sürünə uda bilər" - Orxan Sadıqlı MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı “Neftçi” ilə kubok görüşündən sonra Newsport.az-a müsahibə verib:

- Lənkərandakı qələbə hesabını qoruyub-saxlaya bilmədiz. Nə baş verdi?

- Dörd oyundu ki, “Neftçi” uduzur, hamısı  düşüb ortaya ki, hakimlər belə etdi, belə elədi. Gördüz də hakimləri. Qapımıza penalti təyin edilməmişdən əvvəli epizoda hamı baxsın.Mən özüm də oturub baxacam. İbrahim Qədirzadəyə qarşı qayda pozuntusu olmuşdu. Belə olmaz axı. Uşaqların bütün əziyyəti qaldı yerdə. “Neftçi” bizi bax bu cür, sürünə-sürünə uda bilər. Belə futbol olmaz, bu cür futbol oynamazlar, belə hakimlik də etməzlər. Lənkərandakı oyunda açıq futbol oynadıq qalib gəldik. Düzdü, qol da buraxmaya bilərdik. Hamımızın səhvi var. Xaqani Məmmədov başda olmaqla, hamısı baxsın penalti epizodundan qabaqkı epizoda. Hakim fiti ağzına aparır, amma çalmır. Kim verəcək o uşağın haqqını? Niyə yeyirsən haqqını uşağın? Allah qarşısında heç kim haqqını verə bilməz. Bu dünyada edə bilərsən, ancaq haqq dünyasında cavabını verəcəklər. 

- Sanki hər iki oyunda fərqli motivasiyanız var idi. Atmosfer də fərqli görünürdü...

- Bizim komandamız budu. 18 nəfərik, elə onlardan ikisi “dubl”dan gəlib. 11 nəfər oynayır, üç nəfər isə ehtiyatda qalır. Gücümüz budu, gücümüz çatdığı qədər də oynayırıq. Hakimlik tərəfindən ədalətli idarəçilik olsa, öz əziyyətimizlə uğurlu nəticə qazanacağıq. “Xəzər Lənkəran”ı güclü vaxtı da sıxırdılar, indiki vaxtında da sıxırlar. 

- Deməyindən belə çıxır ki, baş hakim “Neftçi”yə köməklik etdi?

- 100 faiz kömək etdi. Düzdü, qapımıza təyin edilən penalti haqlı idi. Gözümün qabağında olmuşdu. Ancaq penalti epizodundan qabaq İbrahim Qədirzadəyə qarşı kobudluq olmuşdu. Vaqif Güləliyev topu vurub auta çıxarır, Rəhim Həsənov cərimə zərbəsi təyin edir. İbrahim Qədirzadəyə qarşı yüz faiz qayda pozuntusu olmuşdu. 22 yaşım var, fikirləşirsən ki, 400-500 manatlıq iş olsaydı, gedib işləyərdi, bezmişəm bu şeylərdən. 

- "Neftçi” isə ilk hissədə topun Nodar Məmmədovun əlinə dəydiyini bildirir...

- Bəli, var idi razıyam. Ümumi götürəndə düzgün qərarlar vermədi. 

- Səncə, bu qərəzdi ya səhv?

- İstəməzdim ki, qərəz olsun. Hərənin öz vicdanı var. Biz əziyyət çəkirik, niyə tapdalasınlar? Çıxaq, hakim ədalətli oyun idarə etsin, “Neftçi” bizi uda bilməz. Elə hakimlər var ki, ədalətli oyunlar aparırlar. Yəni bir oyun yaxşı, digər oyunda pis oyun idarə etmirlər. Bir qaydada gedirlər. Ancaq bizim qapımıza penalti təyin edilməmişdən öncə, futbolçumuza qarşı kobudluq var idi. Bəs yaxşı Rəhim niyə vermədi? “Xəzər Lənkəran” yaxşı bəs futbolu kim üçün oynayır? Başa düşmürəm Lənkəran məgər başqa bir ölkədi ya necə? Azərbaycan klubuyuq da, ölkəmiz üçün oynayırıq. Bu dəqiqə istənilən komandada maddi problemlər var. Ancaq düzələcək. Ədalətli oyun olsayd biz yarımfinala adlayardıq. “Neftçi”nin 25 oyunçusu var, heyəti güclüdü. 

- Kubok “Xəzər Lənkəran” üçün motivasiya idi. Bundan sonra oyunlara necə motivasiya olacaqsız?

- Düzdü istəyirdik kubokda yolumuza davam edək. Açığı heç kəs inanmazdı ki, kuboku götürərdik. Ancaq əziyyətimiz niyə yerdə qalmalıdıki? Qarşıdakı oyunlara motivasiya olmaq çətin olacaq. Yolumuza davam etməliyik. Onsuzda bu düzələn deyil, burada danışmaqla düzələsi deyil ki hakim idarəçiliyi. 

- Azarkeşlər deyəsən, keçən oyunlarla müqayisədə bu görüşdə sizi təhqir etmədi..

- "Neftçi” azarkeşləri tərəfindən mənə qarşı təhqir, söyüş olmadı. Bir-iki nəfərlə söhbət etmişdik. Axı mən rus və ya erməni deyiləm ki, söyüləm. Onlar da sağolsunlar ki, başa düşdülər və söyüş söymədilər. Düzdü, onsuzda heç kəs bizim üzümüzə qarşı bunu deyə bilməz, ancaq arxamızca danışa bilmir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right