Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Neftçi” doğma meydanında "Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov qarşılaşmanı şərh edib:
"Bizim üçün gərgin oyun oldu. Komandamızda təzyiq var idi. Uşaqları oyuna hazırlşadırmaq çox çətin oldu. Komandamızda yaxşı oyunçular var. Bütün bunlardan istifadə edərək yaxşı futbol oynamağa çalışmalıyıq.”
- Heyətdə bəzi dəyişikliklər var idi. Bu, sırf kubok oyunu olmasından irəli gəlirdi?
- Yaxşı heyətimiz var. Ehtiyatda oturan futbolçularımızın da gücü var. Qarşıdakı oyunlarda heyətdə dəyişklik olabilər.
- Samir Əliyevin əvəzedici komandaya təyin olunmasını özü istədi?
- Bəli, Samir Əliyev özü əvəzedici komandanı çalşdırmaq istəyirdi.
- Aqil Məmmədovun əsas heyətdə olmamasına səbəb nədir?
- Aqil növbəti turda oynaya bilməycək. Ona görə də, bu gün Vayloya şans verdim. Onu ruhlandlrmaq istəyirdim.
- Elşən Abdullayev bir neçə epizodda fərdi şəkildə oynadı. Onunla söhbətiniz olacaqmı?
- 3 epizodda eyni hal yaşandı. Fikrimcə, bu səhvlərə görə, futbolçunu danlamağa ehtiyac yoxdur.