"İnter"i qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşdə ən azı heç-heçə etmək istəyirdik. Ancaq qapımıza təyin olunan penalti planları pozdu. Mən deyərdim ki, həmin epizodda penalti yox idi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan kubokunda 1/4 finalın cavab oyununda "İnter"ə uduzduqları oyundan sonra deyib.
B.Həsənov "İnter"in cinahlardan qurulan hücumlarının komandası üçün başağrısı olduğunu bildirib: "Oyunumuz istədiyimiz kimi alınmadı. "İnter"in cinahlardan qurulan hücumları bizim üçün başağrısı oldu. Bizim cəmi bir hücumçumuz var ki, o da hazırda formada deyil. Bundan sonra Premyer Liqada daha yaxşı çıxış etməyə çalışacağıq".
Qeyd edək ki, səfərdə "İnter"ə 0:3 hesabı ilə uduzan "Rəvan" kubokda mübarizəni dayandırıb
CBC Sport