"Sumqayıt"la Premyer Liqa matçından sonra komandada yorğunluq var idi. Ancaq bununla belə, bu gün 3 qol vurduq və mərhələ adladıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunda 1/4 finalın cavab oyununda "Rəvan"a qalib gəldikləri oyundan sonra deyib.
Gürcüstanlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "İlk oyunda uduzduğumuz üçün matçın əvvəllərində bir qədər əsəbi idik. Lakin sonradan sakitləşdik və lazımi qolları vuraraq yarımfinala yüksəldik. Komandamın oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsinə gəlincə bu barədə nəsə deyə bilmərəm. Onun zədəsinin nə dərəcədə ciddi olduğu sabah məlum olacaq".
Qeyd edək ki, evdə "Rəvan"a 3:0 hesabı ilə qalib gələn "İnter" yarımfinala yüksəlib
CBC Sport