"Zirə”nin futbolçusu Nelson Bonilya Salvador millisinə çağırılıb.
Newsport.az-ın məlumatına görə, o, "DÇ-2018"in seçmə mərhələsində Hondurasla oyunlar üçün yığmaya dəvət edilib.
Qeyd edək ki, Salvador və Honduras milli komandaları arasında ilk oyun martın 25-i, cavab qarşılaşması isə martın 29-u keçiriləcək.