Əliyar Ağayevin idarə etdiyi oyunda "Barselona" uduzdu

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Gənclər Liqasında 1/4 final mərhələsində "Anderlext" - "Barselona" matçını idarə edib.

Newsport.az-ın məlumatına görə, belçikalıların 2:0 hesablı qələbəsi ilə başa çatan matçda FIFA referimiz meydan sahiblərinə 2, qonaqlara 3 sarı vərəqə göstərib.

Qarşılaşmanın son dəqiqələrində Ağayev "Anderlext"in futbolçusu Orel Manqalaya qırmızı vərəqə göstərərək meydandan qovub.

Qeyd edək ki, bu matçda Əliyar Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov yardımçı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right