Rasim Ramaldanov: Hər şey öz əlimizdədir

"Sumqayıt"ın müdafiəçisi Rasim Ramaldanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı cavab oyunu (ilk oyun - 0:2) öncəsi fikirlərini bölüşüb. 

Newsport.az-ın məlumatına görə,  o, bunları söyləyib:

"Bizi ağır oyun gözləyir. Bir tərəfdən rəqibimiz çətindir, digər tərəfdən də gərgin qrafiklə oynayırıq. Üstəlik, ilk oyundakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq lazımdır. Lazım olan nəticəni qazanmaq üçün böyük istəklə oynamalıyıq. Düzdür, ilk oyunda 2 qol buraxsaq da, futbolda hər şey mümkündür. Qarşıdakı oyunda da hər şey öz əlimizdədir".

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right