“Neftçi”,“İnter”,“Qarabağ” və “Qəbələ” yarımfinalda YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, kubok uğrunda mübarizəni davam etdirən komandalar yarımfinala çıxacaq dörd ən güclünü müəyyənləşdirəcəklər.

Öncə iki paytaxt klubu - "Rəvan" və "İnter" üz-üzə gələcək. Bu komandaların yolları kubokda ilk dəfə rastlaşır. Bir həftə öncə "Rəvan"ın meydanında baş tutan qarşılaşmada "aslanlar" iddialı rəqibini 2:1 hesabıyla məğlub edərək, böyük sensasiyaya imza atmışdı.

1/4 final cütləri arasında ilk dəfə kubokda üz-üzə gələnlər siyahısına "Zirə” ilə “Qəbələ”ni də aid etmək olar. Ötən həftə Bakıda baş tutan ilk görüşdə bölgə təmsilçisi 2:1 hesabıyla üstün olmuşdu. 

“Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Qarabağ” doğma meydanda keçirdiyi ilk oyunda 2:0 hesabı iıə qələbə qazanıb.

Günün son oyununda isə “Neftçi” əzəli rəqibi “Xəzər Lənkəranı” qəbul edəcək. İlk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn cənub klubu üstünlüyünü qorumağa çalışacaq.

9 mart (çərşənbə)

Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları

 

14:00. “İnter” - “Rəvan” - 3:0 
Qollar:
 Nika Kvekveskiri, 31 (1:0), Sezar Meza Kolli, 65 (2:0)
(ilk oyun - 1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. “İnter Arena”.

15:00. “Sumqayıt” - “Qarabağ” - 1:4 
Qollar: 
Muarem Muarem, 6 (0:1), Samuel Armenteros, 10 (0:2), Muarem Muarem, 50 (0:3), Samuel Armenteros, 58 (0:4), Xəyal Nəcəfov, 63 (1:4)  
(ilk oyun - 0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. “Kapital Bank Arena”.

15:00. “Qəbələ” - “Zirə” - 5:1 
Qollar: 
Aleksey Qay, 5 (1:0), 12 (2:0), Rəşad Sadiqov, 17 (3:0), Nurlan Novruzov, 36 (3:1), Rəşad Eyyubov, 65 (4:1), Ermin Zets, 79 (5:1)
(ilk oyun - 2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

17:30. “Neftçi” - “Xəzər Lənkəran” 2-0
(ilk oyun - 2:3)

Qol:Ruslan Qurbanov,pen.59.Araz Abdullayev,63
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right