"Qəbələ" "Zirə" ilə oyuna hazırlığı davam etdirir

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə cavab oyununun hazırlıqlarını davam etdirir.  

Newsport.az-ın məlumatına görə,Azərbaycan Premyer Liqasının martın 5-də keçirilən 24-cü turunun “Neftçi” ilə səfər oyununun (2:1) ertəsi gün Bakıda hazırlıq keçən “qırmızı-qaralar” ötən gün Qəbələdə bir araya gəlib.

Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici çalışmalara üstünlük verib. Çempionat oyununda meydana çıxmayanlar isə Qəbələ şəhər stadionunun yaşıl meydanında məşq edib. Roman Qriqorçukun yetirmələri hazırlıqlara tam heyətlə qatılıb. Son turun oyununu zədə səbəbindən buraxan Ermin Zets də komanda ilə məşq keçib. “Qəbələ” bu gün axşam oyunöncəsi hazırlığa çıxacaq.

Xatırladaq ki, səfərdə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın “Zirə” ilə ev oyunu martın 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right