Rəşad Sadıqov məşqçi kurslarına qatıldı FOTO

Azərbaycan millisinin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərəcək.

Newsport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi artıq bu istiqamətində ilk addımlarını atmağa başlayıb.
 
Belə ki, S34 yaşlı futbolçu AFFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılıb. O, B kateqoriyası almaq üçün seminarlarda iştirak edir.
 
Qaydalara əsasən milli üzvləri C kateqoriyasını oxumaqdan azad olduğundan Rəşad təhsilinə birbaşa bu mərhələdən start verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right