"Neftçi"də növbəti məşqçi dəyişikliyi

“Neftçi”nin əsas və əvəzedici komandalarının məşqçi heyətində dəyişiklik edilib. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunadək əvəzedici komandanın baş məşqçisi vəzifəsini icra etmiş Tofiq Mustafayev əsas komandada köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Əvəzedici komandanın baş məşqçi vəzifəsi isə Samir Əliyevə tapşırılıb. Səttar Əliyev də həmçinin əvəzedici komandada köməkçi məşqçi işini yerinə yetirəcək.

Qeyd edək ki, Samir Əliyev daha öncə "Neftçi"nin əsas komandasının baş məşqçi vəzifəsini yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right