Şahin Diniyev: “Onun yoxluğu oyunumuza təsir etdi”

Azərbaycan Premyer Liqasının XXIV turuna yekun  vurulub. "Kəpəz” səfərdə "Rəvan”ı 3-1 hesabı iləməğlub edib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev qarşılaşmanı şərh edib:
 
"Bazar günü, istirahət ola da, sağolun ki, bu soyuq havada stadiona gəlmisiz. Üstümüzdə böyük yük var idi. Düşünürəm ki, oyunu düzgün qurduq. İlk hissədə nəticəni həll etmişdik. İkinci hissədə bəzi oyunçulara şans verdim. Budaqı sarı vərəqəsi olduğuna görə, Tadası isə Eyyub Əliyevin debüt etməsinə görə dəyişdim. İkinci yarıda isə oynamayan futbolçulara şans verdik. Hesabı qoruya bildiyimizə görə sevinirəm.  Tural Axundovun yoxluğu oyunumuza təsir etdi. Əsas məsələ odur ki, 3 xalı qazandıq. “Rəvan” dişli komandadır. “Neftçi”ylə, “Qəbələ”ylə heç-heçə etmişdilər. “İnter”i udmuşdular.

- Hesab 3:0 olandan sonra qapıçını dəyişdiz. Hesab 3:1 olandan sonra həyacan keçirdiz?

- Bəli, düzün deyim ki, bundan sonra son dəqiqəyə kimi həyacan keçirdim. Çünki hesab 3:2 də ola bilərdi. Pis qapıçı deyil, sadəcə qırıla bilərdi.

- Qalib gəlsəz də, sanki komandadan razı qala bilmədiz. Şəhriyar Əliyevə də etirazınızı bildirdiz...

- Ehtiyatda olan müdafiəçimiz yoxdur. Şəhriyar isə sağ cinahda oynayırdı. O, bu cinahda oynamayıb deyə, ondan bundan artıq nəsə tələb edə bilmərəm. Qarşıdakı oyunda isə Şəhriyar Rəhimov da, Şəhriyar Əliyev də olmayacaq. Onlar cəzalı duruma düşdülər. Məncə mərkəzdə Tərlan Quliyevlə Şəhriyar çox gözəl tandem yaradıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right