"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib.
Newsport.az-ın məlumatına görə, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Ağır oyun oldu. Bu, ardıcıl ikinci oyundur ki, ehtiyatdan oyuna daxil oluram. Roman Qriqorçuk soruşdu ki, "hücumda oynaya bilərsən"? Mən də "bacararam" dedim. Elə alındı ki, top mənə gəldi və qol vurdum. Amma bu qol bütün komandanın əziyyətinin bəhrəsi idi".
azerisport.az