“Çox kobud səhvə yol verdim” – “Zirə”nin legioneri

"Yaxşı futbol oynadıq. Oyun zamanı bəzi səhvlərə yol verdik ki, "Qarabağ” da bundan maksimum istifadə etdi.”

Newsport.az-ın məlumatına görə, bu sözlər "Zirə”nin yarımmüdafiəçisi Viktor İqbekoyiyə məxsusdur. 
 
Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ”a məğlubiyyətdən sonra (2-0) jurnalistlərə açıqlama verən təcrübəli futbolçu buraxılan ilk qolda səhvi olduğunu etiraf edib: "Həmin epizodda çox kobud səhvə yol verdim. Futbolda belə anlar olur. Bu gün biz onlardan birini yaşadıq. Həmin epizodda ötürmə vermək haqqında düşünürdüm, amma fikrimi düşündüyüm kimi edə bilmədim. Ümumi oyuna baxdıqda isə pis oynamadıq.”
 
Futbolçu həmçinin liderə məğlubiyyətin komandaya təsir edəcəyi ilə bağlı fikirə də münasibət bildirib: "Futbolda istənilən nəticə var. Məğlub olmaq, qələbə qazanmaq və bərabərlik əldə etmək. Bir oyunla çempionat bitmir. Sona qədər  mübarizə aparacağıq. Necə çıxış etdiyimizi isə yayda görəcəyik. Məğlubiyyətin bizi ruhdan salacağına inanmıram.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right