Əsgər Abdullayevin istefası qəbul edildi

"Neftçi" rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.   


 Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub.  

 Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right