"Neftçi" rəsmisi AFFA-ya söz atdı: "Şərəfiniz olsun!"

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Qəbələ"yə 1:2 hesabıyla uduzdu.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov öz "feyzbuk"səhifəsində məğlubiyyətin səbəbin hakimliydə görüb:"Əslində bunları yazmaq istəmirdim. Səbr edirdim ki bəlkə düzələr. Amma daha bəsdi. Hakim idarəçiliyi boğaza yığıb. Hərənin əlinə bir fit verib “Neftçi” əleyhinə çal deyirlər. Mən demirəm ki, “Neftçi” elə hər oyunda udmalıdı. “Qəbələ” ilə birinci hissədəki oyunumuzu hamı gördü. Oyundan kənar vəziyyətdən vurulan qol yenə oyunu sındırdı. Bu hakimlər nə yeyir, nə içir? Qardaş bunlar ya qeyri-peşəkardı, ya da şərəfsizlik baş alıb gedir. Bunları oyuna təyin edəndə get “Neftçi” uduzmamış qayıtma deyirlər. Sabahdan bütün mövsüm boyu epizodları bir-bir belə paylaşacam. ŞƏRƏFİNİZ OLSUN"!!!





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right