Adil Şükürov: "Məqsədimiz yaxşı komanda yaratmaqdı"

Azərbaycan Premyer Liasının XXIV turunda "Qarabağ” doğma meydanında ən yaxın izləyicisi "Zirə”ni 2-1 hesablı məğlubiyyətə uğradıb.
Newsport.az saytının məlumatına görə,oyundan sonra keçirilən mətbuat konfransında "Zirə”nin baş məşqçisi  Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb: 
 
 
- Ağır oyun oldu. Belə olacağını gözləyirdik. Buna baxmayaraq, mübarizə apardıq. Ancaq bir neçə səhvə yol verdik. Çalışacağıq gələn oyunlarda bu səhvlərə yol verməyək. Zədəlilərimiz də var idi. Nelsonun, Nurlanın xırda zədəsi var idi. Ümumi götürdükdə "Qarabağ"a çox hücum qurmağa imkan vermədik. Sürətli əks-hücumlar qurmağa çalışsaq da, buna bəzi oyunçuların ustalığı çatmadı. Mövsümün əvvəlində bizə qoşulan futbolçuların çoxu öz klublarında ehtiyatda qalan futbolçular idi. Ancaq onlar bizdə yaxşı oyun sərgiləməyi bacardılar.
 
- Bir müddət öncə "niyə də çempionluğa oynamayaq?" demişdiz...
- Çempionluğa oynayan komanda belə səhvlər etməməlidi. Dediyim kimi, gələn oyunlarda bu səhvlərə yol verməməliyik. Çempionluq barədə əvvəlcədən heç düşünməmişik. Bizim əsas məqsədimiz yaxşı komanda yaratmaqdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right